ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdıqdan sonra onu “yaxşı centlmen” adlandırıb.
“Putin adlı xoş centlmenlə qısa söhbət”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Tramp həmçinin Rusiya prezidenti ilə yaxşı dialoq apardığını və hər iki liderin irəliləyiş əldə etdiyini vurğulayıb.
Daha sonra “The Times” yazıb ki, Tramp və Putin arasındakı söhbət yeni anti-Rusiya sanksiyalarının tətbiqi ehtimalını azaldıb.
Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də öz növbəsində bəyan edib ki, Putin və Tramp arasında söhbət dialoqu inkişaf etdirmək istəyini göstərib.
DOĞRU.AZ