ABŞ Prezidenti Donald Tramp Dohada aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, bazar ertəsi Qəzza zolağında 60 günlük atəşkəs rejimi elan edə bilər.
Doğru.az xəbər verir ki, bu barədə “The National” nəşri mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, planlaşdırılan atəşkəs razılaşmasında HƏMAS-ın silahı yerə qoyması və təşkilat liderlərinin bölgəni tərk edərək sürgündə yaşaması çağırışı da yer alacaq.
Qeyd edək ki, daha əvvəl Sky News Arabia məlumat yayaraq, mümkün razılaşmanın ABŞ-ın hərbi əməliyyatların yenidən başlamayacağına dair zəmanətini də əhatə edəcəyini bildirmişdi. Hazırda tərəflər arasında danışıqlar davam edir və nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir.
DOĞRU.AZ