image-n1karobka_ads
image-123
image-686f55b502e8bd6c6f5cb730backend

Tramp rəsmi məktubda Şri-Lanka prezidentinin adını səhv yazıb

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Şri-Lanka prezidenti Anura Kumara Dissanayakəyə ünvanladığı rəsmi məktubda onun adını səhv yazıb.

Doğru.az xəbər verir ki, bu barədə TASS, Şri-Lankanın Daily Mirror qəzetinə istinadla məlumat yayıb. Bildirilir ki, Tramp 9 iyul tarixli məktubunda həm öz yazısında, həm də Ağ Evin rəsmi blankında “Anura” əvəzinə səhvən “Aruna” adını qeyd edib.

Sözügedən məktubun surəti Trampın sosial şəbəkə hesabında paylaşılmışdı, lakin səhv üzə çıxdıqdan sonra həmin paylaşım silinib və düzəliş olunmuş yeni versiyası yenidən yayımlanıb.

Qeyd edək ki, daha əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel Trampın kameralar qarşısında onunla əl sıxmaqdan imtina etdiyini xatırlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki