Amerika lideri Donald Trampın şəxsi mənəvi müəllimi pastor Mark Börns ABŞ prezidenti üçün dua etdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, pastor X sosial media hesabında yazıb: “Sizin üçün dua edirəm, Prezident.”
Bir gün əvvəl Trampın iddia edilən ölümü ilə bağlı şayiələr internetdə müzakirə olunub. İstifadəçilər prezidentin bir müddətdir ictimaiyyət qarşısına çıxmadığını qeyd ediblər.
Daha sonra Axios jurnalisti Barak Ravid məlumat verib ki, “Trampla hər şey yaxşıdır”. ABŞ prezidenti isə şayiələr fonunda səhhətində heç vaxt indiki qədər yaxşı hiss etmədiyini söyləyib.
DOĞRU.AZ