image-2000x150px
image-123
image-ads_atlas
image-ap19337560623866-pic_32ratio_900x600-900x600-63050backend

Türkiyə ABŞ-ı Ankaraya qarşı elan olunmamış müharibədə ittiham edir

image-728x90px

Türkiyənin “Yeni Şafak” qəzetinin köşə yazarı Tamer Qorxmaz məqaləsində ABŞ-ın Türkiyəyə qarşı elan olunmamış müharibə apardığını yazıb.

“Türkiyə əslində onun strateji rəqibi olan ABŞ-la “gizli”, sözsüz, elan olunmamış müharibə vəziyyətindədir! Müəllif deyir ki, bu şərtlər altında “ABŞ ilə yeni dövr” ola bilməz.

O, ABŞ hərbçilərinin Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları ilə müntəzəm təlimləri ilə bağlı hiddətini ifadə edib. Jurnalistin fikrincə, Vaşinqton Ankaranın yox, PKK-nın müttəfiqi olduğunu göstərir.

O, həmçinin Amerika xüsusi təyinatlılarının komandiri Ceff Dennisin bu yaxınlarda “Suriyanın şimalında təlim keçdiyi” kürd döyüşçülərin “məzuniyyət” mərasimində iştirak etməsi faktına da diqqət çəkib.

Mənbə: Habertürk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki