Ankarada polis binası yaxınlığında terror aktını törədən ikinci kamikadzenin kimliyi məlum olub.
Bu barədə TASS Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Daxili İşlər Nazirliyinin açıqlamasında “DNT testi nəticəsində ikinci terrorçunun Özkan Şahin olduğu müəyyən edilib”.
İdarə qeyd edib ki, terrorçu-kamikadzenin respublikada qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olduğu üzə çıxıb. Bundan əvvəl terror aktını törədən digər şəxs, eyni zamanda separatçı təşkilatın üzvü Həsən Oğuz da müəyyən edilib.
Daxili İşlər Nazirliyi ölkədə aparılan istintaq və terrorizmə qarşı mübarizənin davam etdiriləcəyini qeyd edib.
Mənbə: TASS