image-n1karobka_ads
image-123
image-67f7cf6b02e8bd38883282d0backend

Türkiyə ilə İsrail regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparır

image-ad_qayo_720x110px

Türkiyə və İsrail nümayəndə heyətləri Azərbaycanda regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparıblar.

Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin saytındakı rəsmi bəyanatda deyilir.

Milli Təhlükəsizlik Şurasının direktoru Tzachi Haneqbinin başçılıq etdiyi İsrail nümayəndə heyəti Müdafiə Nazirliyi və təhlükəsizlik rəsmilərinin iştirakı ilə aprelin 9-da axşam saatlarında Türkiyə nümayəndə heyəti ilə görüşüb.

“İsrail bu mühüm danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”, – ofisdən bildirilib.

Müzakirələr zamanı tərəflər regional maraq doğuran məsələlərə toxunub və təhlükəsizliyin qorunması məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki