RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir ki, Qərbin ilin sonuna qədər cavabın verilməli olduğu siqnallarına baxmayaraq, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək.
Onun sözlərinə görə, Türkiyə vaxtaşırı Qərb ölkələrindən İsveçin NATO-ya üzvlüyünü tez bir zamanda ratifikasiya etməyin zəruriliyi barədə siqnallar alır. O qeyd edib ki, Türkiyə şərtlər və zaman çərçivələri qoyula bilən ölkə deyil.
“Qərarı parlament vəziyyətin təhlili əsasında qəbul edəcək, biz tələsmirik və tələsmək niyyətində deyilik”, – mənbə bildirib.
Mənbə: RİA Novosti