Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının A qrupunda son oyununa çıxıb.
Doğru.az xəbər verir ki, Riqadakı “Xiaomi Arena”da keçirilən matçda Türkiyə yığması Serbiya millisini 95:90 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Türkiyə qrup mərhələsini lider kimi başa vuraraq 1/8 finala yüksəlib.
Qeyd edək ki, Avropa çempionatının 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə sentyabrın 12-də keçiriləcək. Turnirin finalı və üçüncülük görüşləri isə sentyabrın 14-də baş tutacaq.
DOĞRU.AZ