image-n1karobka_ads
image-123
image-20190210_zaa_n230_1414-pic_32ratio_900x600-900x600-5460backend

Türkiyə NATO-nun genişlənməsi prosesini ölkə üçün təhlükə adlandırıb

image-ad_qayo_720x110px

Türkiyə İsveçin Şimali Atlantika alyansına daxil olmasına veto qoymalıdır.

“RİA Novosti” xəbər verir ki, belə bir müraciətlə Türkiyənin Ana Vətən Partiyasının başqanı Doğu Perinçək ölkə hakimiyyətinə müraciət edib.

Siyasətçi NATO-nun genişlənməsi prosesini Türkiyə üçün təhlükə adlandırıb. “NATO-nun istənilən istiqamətdə genişlənməsi Türkiyə üçün təhlükəni gücləndirir. NATO Türkiyəyə qarşı təhdid mənbəyidir. İsveçin NATO üzvlüyünə qəbulunu Türkiyənin milli birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəli hesab edirik”, – Perinçək bildirib.

O, bütün türk millət vəkillərini İsveçin NATO üzvlüyünə veto qoymağa çağırıb. Ana Vətən Partiyasının başqanı da Ankaranın gələcəkdə Şimali Atlantika Alyansından çıxmasını zəruri sayır.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç Şimali Atlantika Alyansına qoşulmaq üçün Türkiyənin şərtlərini yerinə yetirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki