image-n1karobka_ads
image-123
image-68349b6dae5ac93ab028e90abackend

Türkiyə XİN: Putin Moskvada Fidanla danışıqlar aparır

Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib”, – RİA Novosti xəbər verir.

Görüşün Moskva vaxtı ilə saat 19:30-da başladığı bildirilir.

Qeyd edək ki, Fidanın mayın 26-27-də Rusiyaya işgüzar səfəri planlaşdırdığı barədə daha əvvəl məlum olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki