Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək deyib ki, Ankara İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün ratifikasiyasından imtina etməlidir və NATO-dan çıxmaq Türkiyə üçün son dərəcə vacib məsələdir.
Siyasətçi bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.
Perinçekin fikrincə, Türkiyə qətiyyət nümayiş etdirməli və Alyansın Şərqə doğru genişlənməsinə dərhal qarşı çıxmalıdır. Siyasətçi hesab edir ki, Türkiyə parlamenti İsveçin NATO-ya daxil olması məsələsini tez bir zamanda öz gündəliyinə daxil etməli, sonra isə Stokholmun müraciətini rədd etməlidir.
Perinçək Türkiyənin Şimali Atlantika Alyansından faktiki olaraq xaric edildiyini vurğulayıb. Siyasətçi hesab edir ki, NATO-dan çıxmaq indi Türkiyə üçün yaşamaq məsələsidir.
Mənbə: RİA Novosti