image-2000x150px
image-123
image-ads_atlas
image-2021-09-05t191907z_464890011_rc2rjp9rd0d6_rtrmadp_3_turkey-dailylife-pic_32ratio_900x600-900x600-29728backend

Türkiyənin Nəqliyyat Nazirliyi: taxıl dəhlizi ilə 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib

image-728x90px

Qara dəniz humanitar təşəbbüsünün həyata keçirilməsi zamanı taxıl dəhlizi ilə Ukraynadan 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinə istinadən TRT telekanalı məlumat yayıb.

Nəqliyyat Nazirliyi 933 gəmi ilə ümumilikdə 29 milyon 502 min 584 ton kənd təsərrüfatı məhsulunun ixrac edildiyinə aydınlıq gətirib. Ən çox da qarğıdalı və buğda yönləndirildi. İxrac edilən məhsulların yarısı qarğıdalı, demək olar ki, üçdə biri – 28%-i buğdanın payına düşüb. Ən çox taxıl daşındığı ilk 5 ölkə Türkiyə, İspaniya, Çin, İtaliya və Hollandiyadır.

Mayın 4-də Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqların mayın 5-də İstanbulda keçiriləcəyini bildirib.

Mənbə: TRT

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki