Türkiyənin turizm şəhəri Muğlada dünəndən başlayan qar yağmağa davam edir.
Şəhərin mərkəzi bəyaz rəngə bürünüb. Qarın yaratdığı əsrarəngiz mənzərə dronla çəkilən görüntülərdə əks olunub.
Datça rayonunda qarın qalınlığı 20 sm-ə çatıb. Sakinlər son 34 ildə ilk dəfə belə qar yağdığına şahid olduqlarını deyirlər.
Menteşedən Datça, Marmaris, Köyceğiz, Ortaca, Dalaman və Fəthiyəyə nəqliyyat təmin edən yeganə yol – Muğla-Antalya şosesi çalışmalardan sonra açılıb.
Mənbə: DHA