image-2000x150px
image-1601965647_cavushoqlubackend

Türkiyənin xarici işlər naziri Ukraynaya işgüzar səfərə gəlir

image-728x90px

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 7-8-də Ukraynaya işgüzar səfəri olacaq.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, türkiyəli diplomatın səfəri Ukrayna xarici işlər naziri Dmitry Kulebanın dəvəti ilə Lvovda baş tutacaq.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Birgə Strateji Əməkdaşlıq Qrupunun 9-cu iclası keçiriləcək. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, Qara dəniz regionunda təhlükəsizliyin qorunması məsələləri müzakirə ediləcək.

Bundan başqa nazirlər Türkiyə-Ukrayna Biznes Forumunda iştirak edəcəklər. Mövlud Çavuşoğlu İ.Franko adına Lvov Milli Universitetində təşkil olunan beynəlxalq konfransda çıxış edəcək. Oxu.az

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki