image-2000x150px
image-123
image-ads_atlas
image-2f8e9932-118c-3fd7-afff-dcdac4becdc0_850backend

 Türkmənistan Prezidenti Xəzərdəki infrastrukturdan MDB ölkələrinin maraqları üçün istifadə etməyi təklif edib

image-728x90px

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Xəzər dənizinin liman infrastrukturundan MDB-nin maraqları naminə istifadə perspektivlərinə baxmağı təklif edib.

“Doğru.az” xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti Prezdentin Astanada (Qazaxıstan) keçirilən MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışına istinadən yazıb.

Nəşr bildirib ki, Türkmənistan Xəzər regionunda əməkdaşlıq, burada okeanlara birbaşa çıxışı olmayan dövlətlərin iştirakı ilə müasir kombinə edilmiş logistika sisteminin formalaşdırılması üçün böyük imkanlar görür.

MDB ölkələrinin əksəriyyəti bu kateqoriyaya aiddir, deyən Türkmənistan prezidenti bununla bağlı Xəzər dənizinin liman infrastrukturundan, o cümlədən Türkmənbaşı Beynəlxalq Dəniz Limanının obyektlərindən, eləcə də Türkmənistanın ticarət donanmasından MDB-nin maraqlarına uyğun istifadə perspektivlərinə baxmağı təklif edib.

Berdiməhəmmədov hesab edir ki, Xəzər istiqaməti MDB-nin uzunmüddətli planlarında öz layiqli yerini tutmalı, prioritet iqtisadi tərəfdaşlıq zonası kimi nəzərdən keçirilməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki