image-ads_n1karobka_mobile
image-f23af307-9f6e-32f0-a22a-b4c1c9bc6935_850backend

“Turstat”: Azərbaycan MDB-də qış turizmi və istirahəti baxımından ikinci ən yaxşı ölkədir

Azərbaycan qış turizmi və istirahətinə görə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ikinci ən yaxşı ölkədir.

Rusiyanın “Turstat” agentliyinin MDB-də qış turizmi və istirahəti üzrə ən populyar və cəlbedici ölkələrinin reytinqində yer alıb.

Qeyd edilir ki, qış turizmi və istirahətinə görə MDB ölkələri Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Ermənistandır:

“MDB-nin qış tətili üçün ən yaxşı 5 ölkəsi Qazaxıstan (Astana, Almatı, Çimbulak, Burabay (Borovoy), Azərbaycan (Bakı, Şahdağ, Naftalan), Qırğızıstan (Bişkek, Karakol, İssık-Kul), Özbəkistan (Daşkənd, Çimqan), Ermənistandır (İrəvan, Saxkadzor)”.

MDB ölkələrinin qış istirahəti üzrə reytinqi turistlər arasında populyarlıq və Birlik ölkələrində turizm və istirahət infrastrukturunun inkişafına əsaslanır.

“Qışda Azərbaycanda turistləri paytaxt Bakı və Şəki şəhəri, Şahdağ və Tufandağ dağ-xizək kurortları, Naftalan sağlamlıq kurortu cəlb edir”, – turizm agentliyi vurğulayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki