image-2000x150px
image-123
image-ads_atlas
image-40351_6eib5ozbrmbackend

Üç xəstəxanaya yeni direktorlar təyin olundu – FOTOLAR

image-728x90px

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.

Doğru.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad RMX-yə Namiq Həsənov, Kürdəmir RMX-yə isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

Yeni direktor İntiqam İbrahimov ixtisasca otolorinqoloqdur. O, bu təyinatadək Ağdaş RMX-nin direktor müavini – baş həkim vəzifəsini icra edib.

image-40348_c3hizaan8pCəlilabad RMX-nin direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.

image-40349_ijym8mcvkbKürdəmir RMX-nin direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş RMX-nin nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

image-40350_hxd4o2muirYeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki