N1info xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin yaxın 20 ildə Çempionlar Liqasının finalının Səudiyyə Ərəbistanında keçirilməyəcəyini bildirib.
“Çempionlar Liqasının finalı Səudiyyə Ərəbistanında keçiriləcəkmi? Mən bu imkana icazə vermirəm. Amma bilirsiniz ki, 20 il ərzində çox şey baş verə bilər. Təbii ki, 20 ildən sonra mən bu vəzifədə olmayacağam”, – Çeferin bildirib.
2024-cü ildən Çempionlar Liqası yeni formatda olacaq. İştirakçıların sayı 32-dən 36-ya yüksələcək. Qrup mərhələsinin əvəzinə vahid liqa olacaq.
Mənbə: Sports.ru