Tarixdə ilk dəfə üç rusiyalı tennisçinin – Daniil Medvedev, Andrey Rublev və Roman Safiullinin oynayacağı Uimbldonun 1/4 finalının bütün cütləri müəyyənləşib.
1/8 finalda Rublev Qazaxıstan təmsilçisi Aleksandr Bublik üzərində beş setdə qalib gəlib, Safiullin kanadalı Denis Şapovalovu dörd oyunda məğlub edib, Medvedev isə rəqibinin imtinası ilə 1/4 finala yüksəlib: iki setdən sonra çex Jiri Leqeçka ayağından aldığı zədə səbəbilə matçdan kənarlaşdırıldı.
Wimbledon 1/4 finalının bütün cütləri belə görünür:
Karlos Alkaras (İspaniya, 1) – Holger Rune (Danimarka, 6);
Daniil Medvedev (Rusiya, 3) – Kristofer Eubanks (ABŞ);
Yannik Sinner (İtaliya, 8) – Roman Safiullin (Rusiya);
Andrey Rublev (Rusiya, 7) – Novak Cokoviç (Serbiya, 2).
Mənbə: Sport.ru