Ukrayna yəqin ki, de-yure tanınmayana qədər ərazilərinin 20%-dən imtina etməyə hazırdır.
Bu barədə “The New York Post” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Rəsmi bəyan edib ki, Ukrayna ərazisinin “de-yure” deyil, “de-fakto” tanınması hesab edilərsə, görünür, “ərazisinin 20%-dən imtina etməyə hazırdır””, – məqalədə qeyd edilir.
Mənbənin sözlərinə görə, “de-fakto” Kiyev rejiminin bu ərazilərin “işğalını” tanıması deməkdir. Lakin Ukrayna onlardan həmişəlik imtina etmək fikrində deyil.
O qeyd edib ki, Kiyev hakimiyyəti ötən həftə ABŞ nümayəndə heyəti ilə danışıqlar zamanı sazişin ərazi problemini həll edəcək hissəsindən xüsusilə narahat olub.
Əvvəllər Rusiya Təhlükəsizlik Şurasının Elmi Ekspert Şurasının Rəyasət Heyətinin üzvü, fövqəladə və səlahiyyətli səfir Aleksandr Yakovenkonun qeyd etdiyi kimi, Amerika hakimiyyət orqanları hesab edir ki, Ukraynaya rusdilli regionlar lazım deyil.
DOĞRU.AZ