image-n1karobka_ads
image-123
image-2022-10-31t131143z_648917751_rc2dcx9ejll2_rtrmadp_3_ukraine-crisis-grains-inspections-pic_32ratio_900x600-900x600-94037backend

Ukrayna Rusiyanın iştirakı olmadan taxıl müqaviləsinə alternativ variantları nəzərdən keçirir

Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikola Solski bildirib ki, ölkə Rusiyanın iştirakını ehtiva etməyən taxıl müqaviləsinə alternativləri nəzərdən keçirir.

Bu barədə “Reuters” məlumat yayıb.

Solskinin sözlərinə görə, hazırda taxıl dəhlizi faktiki olaraq bağlanıb, çünki Rusiya Odessanın Yujnı limanına gedən gəmilərin qeydiyyatını məhdudlaşdırıb.

“Bu, belə işləməməlidir. O zaman bizdən asılı olan, BMT-dən asılı olan B planına hazır olacağıq. Yaxın gələcəkdə belə davam edərsə, fəaliyyətsiz olacağımızı düşünmürəm”, – deyə nazir bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki