image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi – FOTO

image-728x90px

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəsinə olunan humanitar yardıma görə Azərbaycan xalqına təşəkkür edib.

Səfir bu barədə öz “Facebook” hesabında paylaşım edib.

“Və bu gün də boşuna getmədi. “Saf ürəklər” Xeyriyyə Fondunun komandası Xarkov vilayətinə, işğaldan azad edilmiş ərazilərdə olan müdafiəçilərimiz və mülki vətəndaşlarımız üçün generatorlar və 40 tondan çox ərzaq, geyim, isti paltarlar və gigiyena vasitələri göndərdi”, – deyə Kanevski qeyd edib.

O, humanitar yardımın ərsəyə gəlməsində əməyi olan Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinə və dostcanlı Azərbaycan xalqına, həmçinin digər ölkələrə minnətdarlığını ifadə edib.

“Hər kəsə yardımınız və dəstəyiniz üçün təşəkkür edirik!

Bu işdə daimi dəstəyə və köməyə görə Ukrayna Xarici İşlər Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm.

Hər şey yaxşı olacaq! Yaşasın Ukrayna!” – deyə səfir vurğulayıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki