image-n1karobka_ads
image-123
image-upload-2023-08-10t104143z_1094350232_rc2yk2a97tnx_rtrmadp_3_ukraine-crisis-kuleba-pic_32ratio_900x600-900x600-99226backend

Ukrayna Xarici İşlər Nazirliyi bütün itirilmiş əraziləri geri qaytarmaq planlarını açıqlayıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev nə qədər vaxt aparsa da, itirdiyi bütün əraziləri qaytaracaq.

“Məqsədimiz qələbədir, 1991-ci il sərhədləri daxilində ərazilərimizin azad edilməsi formasında qələbədir. Və bunun nə qədər çəkəcəyi bizi maraqlandırmır”, – diplomat bildirib.

Onun sözlərinə görə, ukraynalılar bu məqsədi paylaşdıqca, hökumət öz xalqı ilə “yan-yana” hərəkət edəcək.

2022-ci ilin noyabrında Ukrayna Prezidenti Vladimir Zelenski G20 sammitində çıxışı zamanı 10 bənddən ibarət “sülh formulu” elan etdi. O cümlədən, sənəddə 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisinin bərpası, “hamı hamı üçün” düsturuna əsasən məhbusların mübadiləsi, nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki