Vesti.ua-nın Ukrayna nəşri xəbər verir ki, Ukraynanın Enerji Strategiyaları İnstitutunun Müşahidə Şurasının rəhbəri Yuri Korolçuk bildirib ki, qarşıdan gələn istilik mövsümündə ölkədə istənilən atom elektrik stansiyasının dayandırılması fəlakətə gətirib çıxaracaq.
Korolçuk bildirib ki, problem Ukraynada qazın olmamasıdır. Odur ki, ən azı bir AES-in fəaliyyəti dayandırılacağı təqdirdə mövcud qaz ölkənin enerji sektorunun fasiləsiz fəaliyyətini təmin etmək üçün kifayət etməyəcək.
Ekspertin sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti ilə enerji şirkətləri arasında koordinasiya yoxdur. Bu, payıza qədər qalan müddətə ölkənin enerji sektorunda lazımi dəyişikliklərin aparılmasına imkan verməyəcək.
Korolçuk hesab edir ki, gələcək işıqların kəsilməsi “saatlarla deyil, günlərlə” ölçüləcək. O vurğulayıb ki, ötən mövsümdə işıqların kəsilməsi üç gündə təxminən bir gün davam edirdisə, indi üç gün ərzində dörd-beş dəfə işıqların kəsilməsi ola bilər.
Mənbə: Sputnik