Odessada NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq.
Bu barədə STRANA.ua yazır.
“Biz heç vaxt Ukraynaya bunun sülh sazişinin bir hissəsi olacağına söz verməmişik”, – o vurğulayıb.
Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyünün gündəmdə qalıb-qalmadığı sualına o, müsbət cavab verib.
Vladimir Zelenski ilə birgə mətbuat konfransında Rutte Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə qarışmayacağını bildirib .
DOĞRU.AZ