Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.
Doğru.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu yarışa çıxıb. Xıdır Məmmədov (54 kq), Vaqif Hacıyev (68 kq) və Leyla Bəşirova (57 kq) ilk görüşlərində, Səlimə Quliyeva (46 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıblar.
Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarda da Azərbaycan təmsilçiləri məğlubiyyətlə üzləşiblər.
Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.
DOĞRU.AZ