image-n1karobka_ads
image-123
image-68611a2d02e8bd55217f3ca4backend

Uşakov: Putinlə Trampın görüşü hər an baş tuta bilər

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında görüş hər an baş tuta bilər.

Bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Bu, hər an baş verə bilər. Görürsünüz ki, bu, böyük ölçüdə liderlərdən asılıdır” dedi.

Uşakovun sözlərinə görə, görüşün harada və nə vaxt keçirilə biləcəyini hələlik söyləmək çətindir.

O, həmçinin bildirib ki, Putin və Tramp arasında görüş məsələsi gündəmdədir , lakin hələlik praktiki fəaliyyətə keçməyib.

Daha əvvəl Vladimir Putin bəyan etmişdi ki, onun ABŞ prezidenti ilə görüşü tamamilə mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki