image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240521-wa0086backend

“Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində Bakıda təşkil edilən təlimlər başa çatdı

image-728x90px

“Azərbaycan Uşaqları” İctmai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi çərçivəsində bu may ərzində Bakıda uşaqlar üçün Forum Teatr mövzusundə təşkil edilən təlimlər başa çatdı.

AUİB nəzdindəki Uşaq Sığınacağının sakinləri və layihəyə cəlb edilən tələbələr üçün Bakıda keçirilən Forum Teatr təlimləri başa çatdı. Ümumən 3 qrupda cəmi 60 nəfərin  cəlb olunacağı bu fəaliyyət üzrə hər qrupda 20 nəfərə 4 günlük təlimlər 2 qrupda yekunlaşdı. Təlimçi və ekspert bu təlimlərdə Forum Teatrın yaranma tarixi, dünya təcrübəsi, əsasları və xüsusiyyətləri, funksional komponentləri, mərhələləri (hazırlıq, fəaliyyət, profilaktik məlumatın ötürülməsi, əks-əlaqə, tamaşanın müzakirəsi), bu növ sosial incəsənətin üstünlüyü (oyun formalı iş, tamaşaçı ilə daimi əlaqə, özünü aktyor kimi hiss etmək imkanı, eksperiment aparmaq, problemin yeni həllini tapmaq və s.) barədə məlumatlar verdi, forum tamaşa ideyaları, insanın psixoloji və sosial protreti vasitəsi ilə tamaşalar üçün ssenarinin yazılması,  bu cür tamaşaların səhnələşdirilməsi metodlarının tətbiqini öyrətdilər. Təlim fəaliyyətində qruplarda iş, enercayzerlər, prezentasiyalar, rol oyunları, mövzu üzrə kiçik videoçarxlara baxış və müzakirələr daxil edildi. Növbəti ay Neftçala yeniyetmə və gənclər üçün eyni mövzuda təlimlər keçiriləcək.

Bu ilin avqustunda yekunlaşacaq sözügedən layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarıdan olan uşaq və yeniyetmələr arasında yaradıcı mühitin inkişaf etdirilməsi, bu öyrədici “alət”lərdən istifadə ilə sosial problemlərin həllinə dəstək olmaqdır.

Layihə icrası müddəti ərzində həmçinin Uşaq Forum Teatr Festivalında nümayiş etdiriləcək tamaşanın məşqləri, Uşaq Forum Teatr Festivalı, Neftçala rayonunda uşaq, yeniyetmə və gənclərdən ibarət qruplara Forum Teatr təlimlərinin təşkili nəzərdə tutulub. Bundan əlavə Forum Teatr tamaşalarından ibarət peşəkar video çəkiliş və montaj, Bakıda və Neftçalada müxtəlif ümumitəhsil məktəbləri, kollec, peşə məktəbləri şagirdləri və universitetlərdəki tələbələr arasında təlimlərdə hazırlanan və Forum Teatr Festivalında nümayiş etdirilən və bir sıra sosial problemlərin özündə əksini tapan Səyyar Forum Teatr tamaşalarının nümayişi göstəriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki