image-2000x150px
image-123
image-ads_atlas
image-56-pic_32ratio_1200x800-1200x800-25048backend

Vaşinqton Nigerə yardımı dayandırıb

image-728x90px

ABŞ rəsmi olaraq Nigerdəki hadisələri “çevriliş” hesab edib və Niameyə yardımı dayandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller xəbər verir.

Millerin yazılı açıqlamasında Nigerdə ​​Niger prezidenti Məhəmməd Bazumun devrilməsi və həbsi ilə nəticələnən hadisələrin Vaşinqton tərəfindən rəsmi olaraq “hərbi çevriliş” kimi tanındığı qeyd edilib.

“Amerika yardımının hər hansı bərpası Milli Vətən Xilasetmə Şurasının vaxtında və etibarlı şəkildə demokratik idarəetməni təmin etmək üçün hərəkətə keçməsini tələb edəcək” deyib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki