Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir ki, Pentaqon ABŞ-ın müdafiə naziri Lloyd Ostin və çinli həmkarı Li Şanfu arasında iyun ayında Sinqapurda görüş keçirməyə çalışır.
Nəşr qeyd edib ki, iki qurumun rəhbərlərinin təklif olunan görüşü Asiya-Sakit Okean regionunun 28 ölkəsinin müdafiə nazirləri və digər hərbi liderlərini bir araya gətirən illik hökumətlərarası təhlükəsizlik forumu olan Şanqri-La Dialoqu çərçivəsində baş tutmalıdır. .
Ötən il Lloyd Ostinin Li Şanqfunun sələfi general Vey Fenqe ilə görüşü də eyni tədbirdə baş tutub.
Eyni zamanda, sələfindən fərqli olaraq, Li Şanqfu ABŞ sanksiyaları altındadır.
Mənbə: RİA Novosti
Doğru.az