image-n1karobka_ads
image-123
image-6971628302e8bd4b4d110646backend

Vaşinqtonda qalmaqal dərinləşir – Klintonlar çağırıldı

image-add-a-heading

ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton maliyyəçi Ceffri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində məsuliyyətə cəlb olunublar.

Doğru.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. Bildirilir ki, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi Klintonların çağırış vərəqəsi aldıqları halda dindirilməyə gəlməmələrini “hörmətsizlik” kimi qiymətləndirib və bu səbəbdən onların məsuliyyət daşıması ilə bağlı səsvermə keçirib.

Məlumata görə, komissiya eyni zamanda demokratların ABŞ-ın baş prokuroru Pem Bondinin Epşteyn işi üzrə materialların ictimaiyyətə açıqlanmasındakı gecikməyə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı təklif etdiyi düzəlişi də rədd edib.

Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti Bill və Hillari Klintonun Ceffri Epşteyn işi üzrə ifadə verməkdən imtina etdiyini yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki