image-2000x150px
image-123
image-ads_atlas
image-5daada323dab8576740006backend

Vəkillər Kollegiyası tərəfindən Ədliyyə Nazirliyi ilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib – FOTO

image-728x90px
Prezident İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin saxlanıldığı penitensiar sistemdə də aparılır, cəza siyasəti humanistləşdirilir, məhkumların saxlanma şəraiti müasirləşdirilir, bu sahədə səmərəli ictimai iştirakçılıq tətbiq olunur.
Eyni zamanda azadlıqdan məhrum edilmiş şəxslərin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumların hüquqlarının təmin olunması, onların sosial adaptasiyası ilə bağlı çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən, islahyönümlü tədbirlər təşkil olunur, məhkumlara ödənişsiz hüquqi yardımlar göstərilir.
Doğru.az xəbər verir ki,  bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil müəssisələri və tələbə-həmkar təşkilatları ilə birgə ardıcıl tədbirlər davam etdirilir.
Həmin tədbirlər çərçivəsində Vəkillər Kollegiyası tərəfindən qarşıdan gələn 28 dekabr – “Vəkil günü” peşə bayramı münasibətilə Ədliyyə Nazirliyi ilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib.
Vəkillər tərəfindən nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzacəkmə və Tərbiyə müəssisələrində qadın və yetkinlik yaşına çatmayan məhkumlara pulsuz hüquqi yardım göstərib, anaları ilə birlikdə qalan balacaları yeni il hədiyyələri ilə sevindiriblər.
Gömrük Akademiyasının könüllüləri olan 4-cü kurs tələbələrinin qoşulduğu aksiya zamanı məhkumlara 70-ə yaxın məhkəmə və digər orqanlarda hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım göstərilib, məsləhətlər verilib.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki