Venesuela yeni qlobal siyasətin qurulmasında iştirak edərək BRİKS-ə qoşulmaq istəyir.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu prezident Nikolas Maduro braziliyalı həmkarı Luiz İnasiu Lula da Silva ilə görüşündən sonra deyib.
“Venesueladan nə vaxtsa BRİKS-ə qoşulmaq istəyib-istəmədiyini soruşsalar, Venesuela cavab verəcək: bəli, biz BRICS-in bir hissəsi olmaq və bu yeni memarlığın və qlobal siyasətin qurulmasında iştirak etmək istərdik”, – Maduro vurğulayıb.