Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.
Doğru.az xəbər verir ki, Teleqraf-a istinadən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırovun imzaladığı əmrlə bu vəzifəyə Şamil Həsənli gətirilib.
Qeyd edək ki, 31 yaşlı Şamil Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.
DOĞRU.AZ





























