image-n1karobka_ads
image-123
image-17612923726281920370_1200x630backend

VI İslam Həmrəyliyi Oyunlarında futzal yarışlarının püşkü atıldı

image-ad_qayo_720x110px

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının futzal yarışlarının püşkü atılıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, reqlamentə əsasən, 8 ölkənin yığması hər birində 4 komanda olmaqla 2 qrupa bölünüb. Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran seçmələri yer alıblar.

Doğru.az-ın məlumatına görə, qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də keçiriləcək. İlk iki pilləni tutan yığmalar yarımfinala vəsiqə qazanacaq. Yarımfinal görüşləri noyabrın 9-da baş tutacaq, qızıl, gümüş və bürünc medalçılar isə noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki