Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin Ukrayna münaqişəsinin həlli ilə bağlı birgə bəyanatına imza atmayıb.
Doğru.az xəbər verir ki, Avropa Şurasının saytında dərc olunan sənədin qeydində “Macarıstan bu bəyanata qoşulmadı” ifadəsi yer alıb.
Bəyanatda Avropa ölkələri ABŞ prezidenti Donald Trampın münaqişənin həllinə nail olmaq təşəbbüsünü dəstəkləyib. Sənəddə həmçinin Ukraynanın iştirakı olmadan sülh yolunun müəyyən edilə bilməyəcəyi vurğulanıb.
Aİ liderləri Kiyevə hərbi, humanitar və iqtisadi dəstək verməyə, eləcə də Moskvaya qarşı sanksiyaları davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
DOĞRU.AZ