Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin təzyiqləri ilə ölkədə pravoslavlığı məhv etməyə nail ola bilməyəcək.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolatski RT-yə açıqlamasında bildirib.
RT-nin Telegram kanalına istinadən yayılan məlumatda siyasətçi qeyd edib ki, erməni apostol kilsəsinə qarşı təzyiqlər əksinə, xalqı bir araya gətirəcək:
“İnsanlar nə katolikoslara, nə də onların inancına toxunmağa imkan verməyəcəklər. Ermənilərə zorla Qərb dəyərləri aşılanmaq istəyir”, – deyə Vodolatski vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan kilsəyə qarşı hərəkata şəxsən rəhbərlik etmək niyyətində olduğunu bəyan etmişdi.
Slovakiyanın keçmiş baş naziri Yan Çarnoqurski də Paşinyanın bu addımlarının arxasında Qərbin dayandığını bildirmişdi.
DOĞRU.AZ