image-2000x150px
image-123
image-ads_atlas
image-vatsap-30844723backend

“WhatsApp”a yeni möhtəşəm funksiya gəlir

image-728x90px

“WhatsApp” yeni xidmətini istifadəçilərinə təqdim etməyə hazırlaşır. Belə ki, artıq videolara yardımçı pəncərədə baxmaq imkanı verən “təsvir içində təsvir” funksiyası işə salınır.

Yenilik “iOS” üçün “WhatsApp”da 24.7.10.73 nömrəsi altında görünüb.

Tətbiqin beta versiyasını quraşdıranlar “TestFlight” xidməti vasitəsilə üzən pəncərə rejimində “WhatsApp”a göndərilən “YouTube” və “Instagram”dan videolara baxa bilərlər.

Gələcəkdə funksiya birbaşa mesencerə yüklənmiş videofayllarla da işləyəcək.

Hələlik funksiya videoya baxışı yalnız proqram daxilində məhdudlaşdırır; iş masasına çıxmaq və ya başqa proqramı açmağa cəhd etdikdə videonun olduğu pəncərə bağlanacaq. Bunun gələcəkdə düzəldiləcəyi – videoya baxmağa dayanmadan smartfonun bütün funksiyalarından istifadə etmək mümkün olacağı gözlənilir.

Yeni “təsvir içində təsvir” video funksiyası hazırda inkişaf mərhələsindədir və yalnız beta testində mövcuddur.

Yeniliyin bütün “WhatsApp” istifadəçiləri üçün dəqiq nə vaxt işləyəcəyi barədə məlumat verilmir.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki