image-2000x150px
image-123
image-ads_atlas
image-1715420124_vxpbackend

WhatsApp”ın dizaynı dəyişdi – FOTO

image-728x90px

“WhatsApp” komandası rəsmi olaraq messencerin əsaslı şəkildə yenidən dizayn olunduğunu elan edib.

Doğru.az xəbər verir ki, tətbiq yalnız “Android” və “iPhone”da dəyişdirilib.

Messencerin PC versiyası dəyişməz olaraq qalır.

Tətbiqin “iOS” və “Android” versiyaları indi eyni görünür. Əsas ekranın yuxarısındakı axtarış işarəsi əvəzinə süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub. Bu başlıq istifadəçilərə söhbətlərdə mesaj və faylları axtarmağa imkan verir.

Bundan başqa, dizayna yeni animasiyalar əlavə olunub və “Parametrlər” bölməsindəki nişanlar dəyişib. Proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. “Android”də isə yeni naviqasiya paneli var. Həmçinin “iOS”da foto, video və sənədlərin göndərilməsi interfeysi dəyişib.

“WhatsApp”ın yeni dizaynını qiymətləndirmək üçün proqramı ən son versiyaya yeniləmək kifayətdir. Əgər yenilənmə yoxdursa, bir az gözləməli olacaqsınız. Çünki yeniləmə tədricən tətbiq edilir.

Bildirilib ki, həmçinin tezliklə “WhatsApp” vasitəsilə internet olmadan da faylları bir-birinə göndərmək mümkün olacaq.//Qafqazinfo

DOĞRU.AZ

image-1715420098_f824a547-4bf2-4a63-8f8b-12d30f202396

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki