image-2000x150px
image-123
image-ads_atlas
image-votsapbackend

WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

image-728x90px

Məşhur “WhatsApp” messencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.

Doğru.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazır.

Bildirilir ki, proqramda söhbətlər üçün “Sevimlilər” bölməsi olacaq. Bu kateqoriyaya lazımi dialoqları messencer parametrlərindən və ya pəncərənin özündən əlavə edə bilərsiniz.

“WABetaInfo” tərtibatçıları qeyd ediblər ki, yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək. Yeni funksiya gələcək proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün əlçatan olacaq.

Daha əvvəl bildirilmişdi ki, “WhatsApp” istifadəçiləri bir-birinə video mesaj göndərə biləcəklər. Qeyd olunub ki, hazırda bir alıcı üçün videoları digərinə göndərmək mümkün deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki