image-2000x150px
image-123
image-ads_atlas
image-1920_panel12_picture_devices-pic_32ratio_900x600-900x600-97565backend

Windows Android proqramlarını dəstəkləməyi dayandıracaq

image-728x90px

Microsoft Android proqramlarını kompüterinizdə işə salmağa imkan verən Windows 11 funksiyası olan Android üçün Windows Alt Sistemi (WSA) üçün dəstəyin başa çatdığını elan edib.

Bu barədə şirkətin saytında bildirilir.

Rəsmi elana görə, 6 mart 2024-cü il tarixindən etibarən istifadəçilər WSA üçün yeganə proqram mağazası olan Amazon Appstore-u quraşdıra bilməyəcəklər. Bu mənbədən yeni proqramları yükləmək də mümkün olmayacaq. Tərtibatçılar daha Amazon Appstore-da WSA-ya uyğun yeni tətbiqləri dərc edə bilməyəcəklər.

Bununla belə, Amazon mağazası digər cihazlarda işləməyə davam edəcək. 6 mart 2024-cü il tarixinə qədər Amazon Appstore-dan quraşdırılmış proqramlar 5 mart 2025-ci il tarixinədək yenilənəcək və bundan sonra onlar daha dəstəklənməyəcək.

Android üçün Windows Alt Sistemi ilk dəfə 2021-ci ilin oktyabrında istifadəyə verilib. Sonra Android proqramlarını dəstəkləyən WSA-nın beta versiyası Windows 11 istifadəçiləri üçün əlçatan oldu. Bu xidmət Amazon mağazasından yan keçməklə .apk formatında proqramlar quraşdırmaq imkanı verir. Dəstək bitdikdən sonra belə bir sxemin işləyəcəyi göstərilmir.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki