İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İran danışıqlarda ABŞ-a pessimist yanaşır, lakin öz şansları ilə bağlı nikbindir.
SNN Xamneyinin sözlərindən sitat gətirib: “Biz qarşı tərəfə qarşı çox pessimistik, lakin öz imkanlarımıza nikbin baxırıq”.
İran və ABŞ arasında danışıqların ikinci mərhələsi şənbə günü, aprelin 19-da Omanda keçiriləcək.
ABŞ prezidenti Donald Tramp xüsusi elçisi Stiv Vitkoffla İranın xarici işlər naziri Abbas Araqçi arasında keçirilən görüşdən sonra İranla bağlı danışıqların yaxşı getdiyini bildirib.
DOĞRU.AZ