Hərbi və Cəbhə11.02.2023 - 10:40Xankəndi – Laçın yolu: ekofəallar etirazlarını 62 gündür yüksək əhvali – ruhiyyə ilə davam etdirirlər – FOTO Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altmış iki gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb. DOĞRU.AZ Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin
Hərbi və Cəbhə26.12.2025 - 07:23Tramp ABŞ qoşunlarının Nigeriyada İŞİD terrorçularına zərbə endirdiyini açıqlayıb
Hərbi və Cəbhə25.12.2025 - 21:33İrlandiya Baş naziri Zelenskiyə yaxın naməlum dronlara münasibətini açıqladı
Hərbi və Cəbhə25.12.2025 - 08:48Sevastopola hücumda həlak olan 15 yaşlı Arina Drozdovanın vida mərasimi keçirilib
Hərbi və Cəbhə24.12.2025 - 09:24Su-57 Rusiya qırıcısı Qərb təyyarələrini manevr qabiliyyəti ilə üstələyir
Hərbi və Cəbhə22.12.2025 - 09:44Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək – əhaliyə XƏBƏRDARLIQ
Hərbi və Cəbhə20.12.2025 - 15:38Türkiyə Qara dənizdə PUA-lara qarşı təhlükəsizlik tədbirlərini gücləndirib
Hərbi və Cəbhə20.12.2025 - 08:24ABŞ Suriyanın mərkəzində İŞİD hədəflərinə genişmiqyaslı zərbələr endirib
Hərbi və Cəbhə19.12.2025 - 17:12Bakıda Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb – FOTO