Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 52, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 58-ə çatıb.
DOĞRU.AZ