image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-20backend

Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxs axtarışa verilib

image-728x90px

Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxs axtarışa verilib.

Bu barədə Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycanın Xankəndi şəhərində yaşayan Karen Eduardi Matevosyan avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, – məlumatda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki