image-n1karobka_ads
image-123
image-x2fc5cankqu1cpxdiocw82q418ucwj2dzkkrttpe_1200backend

Xərçəngə qarşı peyvənd bu ölkələrdə sınaqdan keçirilir

image-ad_qayo_720x110px

Həkimlər dünyada qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsinə (PDQ) qarşı ilk mRNT peyvəndini insanlarda sınaqdan keçirməyə başlayıblar. Araşdırma yeddi ölkəni əhatə edib.

Doğru.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Ağciyər xərçəngi hər il 1,8 milyon insanın həyatına son qoyur və bütün xərçəng növləri arasında əsas ölüm səbəbi olaraq qalır. PDQ xəstəliyin ən çox yayılmış forması hesab olunur.

BNT116 adlanan dərmanın klinik sınaqlarının birinci mərhələsi Böyük Britaniya, Macarıstan, Türkiyə, Almaniya, ABŞ və Polşada 34 tibb mərkəzində başlayıb. Sınaqda xəstəliyin müxtəlif mərhələlərində olan 130-a yaxın xəstə iştirak edəcək.

Alimlərin fikrincə, peyvənd xəstənin orqanizmini xərçəng hüceyrələrini ovlamağa və məhv etməyə məcbur edir, sonra isə onların yenidən yaranmasının qarşısını alır. Məqsəd, sağlam hüceyrələrə toxunulmadan insanın xərçəngə qarşı immun reaksiyasını gücləndirməkdir.

Həkimlərin fikrincə, immunoterapiya xərçəngin dördüncü mərhələsində olan insanların 30%-ə qədərinin həyatını xilas etməyə kömək edir. Mütəxəssislər peyvəndin sağ qalma nisbətini artıracağına ümid edirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki