image-2000x150px
image-123
image-ads_atlas
image-1634916341_afe2007269f10e02621290f2cd3c6backend

“Xəyanət hallarının artmasına səbəbkar qadınlardır

image-728x90px

Azərbaycanda hər gün məişət zorakılığı zəminində qətillər baş verir. Statistikaya əsasən, kişilərin arvadlarını öldürməsi və ya ölümcül yaralaması halları artıb. Bununla yanaşı, boşanma hallarının sayında da ciddi artım var. Bir çox hallarda qətl hadisələrinin iştirakçıları artıq boşanmış cütlüklər olur. Məlum həqiqətdir ki, Azərbaycanda sivil qaydada boşanma nadir haldır. Münaqişə edən tərəflər nikahın rəsmi ləğvindən sonra belə bir-birini təqib edir.

Psixoloq Gülnar Orucova Yenisabah.az-a açıqlamasında, ümumiyyətlə, boşanma statistikasında say artımının demək olar ki, əksər ölkələrə aid olduğunu vurğulayıb:

“Bununla yanaşı, ailədaxili münaqişələr zəminində qətl hadisələrinin də sayı kəskin şəkildə artıb. Qətillərin kökündə əksər vaxt mental dəyərlər dayanır. Ayrılan cütlük sonradan bir-birinə düşmən kəsilirlər. “Filankəs nə deyər?” düşüncəsi ilə daha çox qadınlar qarşılaşır. Çünki mental dəyərlər bu fikri oyadır. “Ayrıldıqdan sonra keçmiş arvadım başqası ilə münasibət yaşaya bilməz, evlənə bilməz, çünki o, arvadım olub” şiddətə cığır açan düşüncələrdir. Hər kəs ər-arvad, valideyn olmaqla yanaşı, bir fərddir. Hər kəsin şəxsi həyatı var. Bəzən qadın ayrılmaq istədiyini bildirdiyində kişi bunu özünə sığışdırmır”.

Gülnar Orucovanın sözlərinə görə, insanlarda aqressiya, xəyanət hallarının artmasına səbəbkar bəzən qadınlardır.

“Boşanacam, uşaqları götürüb gedəcəm” ifadələri ilə ailədə soyuqluq yaradırlar. Bir misal var: “Yüz acını yeyərlər, bir şirinin xətrinə”. Bəzən övladlarınıza görə həyat yoldaşınızın səhvlərinə göz yummalısınız. Hər bir insan stress, depressiya yaşayır. Bu o demək deyil ki, hər bir stress, gərginlik yaşayan insan şiddətə əl atsın. Aqressiya kin və nifrətin fonunda yaranır. Bu kimi duyğular müəyyən zaman ərzində yığılır və anidən ortaya çıxır. Aqressiya hər bir insanda müxtəlif cür təzahür edir. Məsələn bəziləri qışqırır, bəziləri özünə zərər vurur və bəziləri də ölümə əl atır.

Ailə mütləq sevgi əsasında qurulmalıdır. İnsan hansı mühitdə böyüyürsə, o mühitin özəlliklərini daşıyır. Məsələn, bir kişi əgər şiddətə meyilli bir valideyn tərəfindən böyüdülübsə özünü bu qəzəb qarşı tərbiyə edə bilməyibsə, deməli, gələcək həyatında o da, şiddətə baş vuracaq. Hər şey valideynin ilkin tərbiyyəsindən, fərdin düşdüyü sosial mühitdən və özünü bir fərd kimi yetişdirə bilməsindən asılıdır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki