Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib ki, hakim Kommunist Partiyası daxilində daxili ziddiyyətlər qaçılmazdır, ona görə də nizam-intizamın tətbiqi vacibdir.
Bu barədə Bloomberg məlumat yayıb.
“Xarici mühitdə və partiyanın tərkibində dəyişikliklər istər-istəməz partiya daxilində müxtəlif konfliktlərə, problemlərə gətirib çıxaracaq. Partiyanın daim enerji və canlılıqla dolması üçün hər cür mənfi təsirləri vaxtında aradan qaldırmaq lazımdır”, – deyə lider vurğulayıb.
Qeyd olunur ki, sədrin bu sözləri Çin Xalq Azadlıq Ordusunun rəhbərliyinə qarşı aparılan bir sıra araşdırmalar fonunda səslənib.
Bundan əvvəl məlum olub ki , Çinin müdafiə naziri Dong Jun korrupsiyada şübhəli bilinir.
DOĞRU.AZ