image-2000x150px
image-123
image-ads_atlas
image-1637071750_31983046-9940-34cd-a04c-1a67f51aaed8_850backend

XİN-dən Ermənistanın növbəti təxribatı ilə bağlı açıqlama

image-728x90px

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

“Doğru.Az”-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah Şəhidimizə rəhmət eləsin!”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki